Bu maraqlıdır!

Atmosfer haqqında maraqlı faktlar

-Yeri əhatə edən hava təbəqəsi atmosfer (yunanca «atmos»-buxar, «sfera-təbəqə deməkdir) adlanır.


-Yer atmosferinin qalınlığı 5 trilyon 300 bilyard (5.300.000.000.000) ton təşkil edir. Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0.03%-dir).


-Atmosfer 5 qatdan ibarətdir:


Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir.


Stratosfer — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir.


Mezosfer — stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə qütb parıltısı olur.


Termosfer — mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən ionosfer adlandırılır.


Ekzosfer — ən üst təbəqə olub, 10000 km-ə qədər davam edir.


- Atmosfer yağıntıları tək insanlara deyil, həmçinin heyvanlara da təsir edir. Məsələn, Amerikanın Sakit okean sahillərində, Atakama çölündə hər il ən az 8 mm yağış düşür və bu sahə üçün kifayət qədər kiçikdir. Bu cür hava səbəbi ilə çöldə quraqlıq çox davam edir və heyvan ölümü çox olur.


- Səmada hər gün təxmini 8.600.000 ildırım çaxır.


- Misirdə bir şimşək görən insan özünü şanslı hesab edir. Bu ölkədə yaşayan insanlar bu təbiət hadisəsinə dəhşətcəsinə sevinirlər, çünki burada ildırım hər 200 ildə bir dəfə çaxır.


- Bir çox insanın göydə şimşək çaxmasına mənfi münasibət göstərməsinə baxmayaraq, torpaq üçün faydalıdır. İldırım havada bir neçə milyon ton azot tutaraq sonra onları yerə göndərir. Bunun sayəsində yerdə otlar daha sürətli inkişaf edə bilir və məhsul daha zənginləşir.


- Küləyin istiqaməti və daha sonra sürətini, insanlar təxminən 2000 il əvvəl müəyyən etməyə başladılar. Qədim sakinlərin istifadə etdiyi cihaz "Flyuqer" adlanırdı. Flyuqer ilk Şərqdə icad edilmişdi, lakin yaranmasından sonra Avropada tez bir zamanda yayılmağa başladı.


- Qazaxıstanın Ustyurt deyilən ərazisində qədimdən hava proqnozunu müəyyən edən qədim bir su quyusu vardı. Yerli sakinlərin dediyinə görə, yağış gözlənildiyi təqdirdə quyu hava ilə dolurdu. Hava quru və günəşli olduqda isə, quyu havanı itələyib, boşalırdı. Sakinlərin havanın çəkiləcəyi və ya əksinə dolacağını təyin etmək üçün, o, quyuya bir şey atırdılar, əgər atılan əşya geri uçurdusa hava quru olacaqdı, əks halda yağış gözlənilirdi.


- Hər gün, toz parçacıqlarından ibarət 100 ton nisbətən kiçik meteorit planetimizin atmosferinə düşür.


- “Hoba” meteoriti yerə düşmüş  dünyanın ən məşhur meteotirlərindən biridir. O, hər tərəfdən tamamilə düz olduğuna görə atmosferdən keçməyə nail oldu. 


-Planetimizin atmosferində oksigen əmələ gəlməmişdən əvvəl  Yer üzündə bakteriyalar mövcuddur. Onların təxmini yaranışı 3,5 milyon il bundan əvvəl olub. Bu bakteriyalar mövcud olanda hələ oksigen yox idi.