Bu maraqlıdır!

Melotriya

“Siçan yemişi” və ya “Afrika xiyarı” kimi tanınan “Melotriya” bitkisinin vətəni Ekvatorial Afrika ölkələridir. Görünüşündən balaca qarpızı xatırlatsa da, dadları eyni deyil.


Melotriya - balqabaq ailəsinə aid bitki növüdür. Bir illik bitkinin çubuqları 3 m uzunluğuna çatır. Bitkinin çiçəkləri kiçik, parlaq sarı rəngdə olur. İlk məhsulu iyul ayında verir. Meyvələr 3 sm-ə qədər, oval şəkilli, yaşıl rəngli, bənövşəyi və naxışlı olur. Dadı xiyarın dadına oxşasa da bir az turşməzədir. Meyvələri körpə olanda, yəni ikinci və ya üçüncü gündə toplamaq tövsiyə olunur.


Afrika xiyarı çox faydalı xüsusiyyətlərə malikdir. Melotriyanın meyvələri bir çox lif ehtiva edir. Zülallar, yağlar və karbohidratlar ilə zəngindir. Həmçinin minerallar: maqnezium, dəmir, kalium, kalsium, fosfor, sodyum ilə zəngindir. Bundan əlavə, Afrika xiyarlarının tərkibinə B9 və C vitaminləri daxildir.


Artıq qeyd olunduğu kimi, Melotriya liflə zəngindir. Meyvələrin müntəzəm istifadəsi kardiovaskulyar sistemə müsbət təsir göstərir (qan təzyiqini bərpa edir), xərçəngin inkişafına mane olur, orqanizmdən zərərli maddələri çıxarır və xolesterol səviyyələrini azaldır.


Əsasən Melotriya artıq çəkidən əziyyət çəkənlərə kömək edir. Meyvə  doyma hissi yarada bilir, buna görə də bədəni artıq qida qəbulundan qoruyur. Buna baxmayaraq, bu meyvənin kalori miqdarı çox aşağıdır, yalnız 15 kkal. Buna görə də, bu tərəvəz sağlam pəhriz yeməklərinin hazırlanmasında istifadə edilə bilər.


Melotriya xiyarı yalnız körpə olduqda yeyilməlidir. Qabığı qalınlaşmış Melotriyalardan dadlı şorabalar həmçinin salatlar hazırlanır. Həmçinin, Afrika xiyarları ət və balıq yeməklərini dekorasiya etmək üçün çox yaxşıdır.


Afrika Melotriyasının tək meyvəsi deyil, həmçinin kökü də yeməlidir.