Texnologiya haqqında maraqlı məlumatlar
Texnologiya təxminən 3 milyon il bundan öncə insanların ilk alətləri ixtira etməsi ilə yaranıb.
Bu gün kompüterlər 1940-cı illərdəki cihazlara nisbətən ən azı milyon dəfə sürətlə işləyir.
Bir DVD-də 10000-ə qədər qalın kitabda toplanan söz yerləşdirmək olar.
Dünyada təqribən 600 milyona qədər maşın var, başqa sözlə, hər 11 nəfərə bir maşın düşür.
Kosmik raket havaya qalxan zaman təyyarə mühərrikindən 10 dəfə artıq güc sərf edir.
Qızılca xəstəliyinə qarşı vaksin 1999-cu ildən bu günə qədər inkişaf etməkdə olan ölkələrdə 7 milyon insanın həyatını xilas edib.
Optik lifli kabellər hər hansı məlumatı saniyədə dünya ətrafında 5 dəfə dövrə edə biləcək qədər sürətlə göndərir.
Mühəndislər bir kompüter çipinə 2 milyarda qədər transistor yerləşdirə bilirlər.
IBM kompüter şirkəti 15 ildə ardıcıl olaraq dünya patentlərinin(ixtiraların) çoxunu qazanıb.
Dünya neftinin yarısından çoxu daşınmada istifadə olunur.
26.12.2018