Bu maraqlıdır!

Antarktidanın Quru Vadiləri-Makmerdo

Makmerdo Vadiləri, Antarktikada qar və ya buzla örtülü olmayan ən böyük ərazidir. Burada yaz ayında temperatur o dərəcədə isti olur ki, hətta buz əriyir və bununla da vadinin altından axan qrunt sularının səviyyəsi artır. 


Əslində, Makmerdo quru vadiləri-Antarktidanın oazisdir, yəni buz və qar örtüyündən azad ərazilərdir. Vadi Viktoriya Torpağında yerləşir və üç əsas vadidən ibarətdir: Teylor, Viktoriya və Rayt. 


Makmerdo Quru Vadilərinin ümumi sahəsi 4,8 min kvadrat kilometr təşkil edir ki, bu da dünyada quru ərazisinə görə 2-ci yeri tutan Atakama səhrasından 19 dəfə azdır. 


Maraqlıdır ki, Makmerdo Quru Vadilərinin bir neçə gölü və çayı belə var. Əlbəttə ki, burada yerləşən su anbarları, göllər və çaylar buz örtüyü altında təcrid olunmuşdur. Ancaq bəziləri xüsusilə maraqlı və unikaldır. Xüsusən, Rayt Vadisində yerləşən Don Juan gölü. Sahəsi 0.03 kvadratmetr olan bu anbar dünyanın ən duzlu gölüdür. Hətta İsrailin Ölü dənizi və Cibutidə olan Assal gölü duzluluğa görə bu gölə çata bilmir. Duzluluq 40,2 % təşkil edir.


Göl, 1961-ci ildə helikopter pilotları Don Ro və Con Hiki tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. Don-Juan gölü ətrafda -53 °C şaxta olduğu zaman belə donmur. Halbuki Ölü dənizdə suyun duzluğu 33,8 % təşkil edir. Don-Juan gölünün araşdırılması nəticəsində suyun güclü azotlaşmaya məruz qaldığı müəyyənləşmişdir. Göldə heç bir canlı aşkarlanmamışdır.


Bundan əlavə, Makmerdo Quru Vadilərinin Teylor Vadisində Antarktikanın turistik yerlərdən biri sayılan “Qanlı Şəlalə”si yerləşir. Şəlalə görünüşünə görə, yəni buzlaqdan axan qan qırmızı axını səbəbiylə bu adı almışdır. Şəlalənin duzluluğu okean sularının duzluluğundan dörd dəfə yüksəkdir, buna görə də su donmur. Qırmızı rəng olmasına səbəb isə tərkibindəki dəmir oksidin yüksək miqdarında olması və gölün içində yaşayan anaerob bakteriyalarının aktivliyidir.