Şeirlər

B. Kəsərli “Bənna Vüsal”

Vüsal kiçik daşları
Topladı dörd yanına.
İstədi ki, ev tikə
Balaca Toplanına.
 
 
Bax, beləcə get-gedə
Bənnalığa başladı.
Boş durmadı bircə an,
Çox öyrəndi, çalışdı.
 
 
İnsanı da dağ kimi
İş ucaldır həmişə.
Dərindən dərk eylədi,
Nə gözəldir bu peşə