Tarixdə ilk poçt markası
Avropada orta əsrlərdən yolların etibarlı olmamasına görə məktubun daşınma ödənişi alıcı tərəfindən ödənilirdi. Bu da çox vaxt maraqlı və bəzən də çıxılmaz vəziyyətlərə gətirib çıxarırdı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Laurens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Royland Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.
1840-cı ildə Londondakı İngilis Poçt İdarəsinin sonradan rəhbəri olan Royland Hill maraqlı bir hadisəyə şahid olub. Şotlandiyaya etdiyi bir səfər əsnasında gənc bir qızın daşınma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu ala bilmədiyini görüb. Hill məktubun ödənişini edib. İnsanların bu cür problemlərlə rastlaşmaması və yolunu gözlədiyi məktubu ala bilməsi üçün Hill, daşınma haqqının məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif edir. Bu üsul İngiltərə Hökuməti tərəfindən qəbul edilir. Belə ki, 1837-ci ildə R.Hill Londonda "Poçt idarəsinin reforması, onun əhəmiyyəti və həyata keçirilməsi" adlı layihəni dərc etdi. O, ölkə üzrə poçtu vahid şəklə salmağı - məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini yaradır. Beləliklə, Kraliça Victoriyanın şəkilini daşıyan 158 min nüsxəlik ilk poçt markası buraxilır. 1840-cı il mayın 6 ilk poçt markasının buraxılması və satışı ilə tarixə düşüb. İlk dəfə olaraq üzərinə pul şəkli, yəni 1 penni təsvir olunan poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulub. Elə o tarixdən də markalardan poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanılıb. Royland Hill isə poçt markasının "atası" kimi tarixə düşüb. Onu İngiltərədə "mister poçtalyon" adlandırırlar.
Azərbaycanda ilk marka Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə 1919-cu ilin oktyabrında çap olunub. Həmin markanın üzərində əlində üçrəngli bayraq olan əsgər təsvir olunmuşdu.
21.12.2018