Şeirlər

Məmməd Namaz. Qış

Qış bağlayıb yolları,
Cığırları, izləri.
Dümağ qara bələyib
Dərələri, düzləri...
Uşaqlarsa bayırda
Qaçırlar, sürüşürlər.
Qar topu oynayırlar,
Atılırlar, düşürlər.
Qış qorxutmur onları,
Qorxmazlara min alqış.
Uşaqların əlində
Oyuncağa dönüb qış.