Bu maraqlıdır!

Su üzərində şəhər - Venesiya

Venesiya İtaliyanın və Avropanın mərkəzində yerləşən qədim şəhərdir. Bu şəhər həqiqətən qeyri-adidir. Şəhərin qeyri-adiliyini təsvir etmək üçün onun materiklə Adriatik dənizində yerləşən 118 adanın və saysız-hesabsız palıd dirəklərin üzərində yerləşdiyini demək kifayətdir. Adaları ümumilikdə 387 körpü birləşdirir.
 
Venesiyada küçələri 150 kanal əvəz edir. Ən böyük kanal şəhəri iki hissəyə bölür: tarixi hissə və kanalların az olduğu müasir hissə. Su kanallarının üzərində ümumilikdə 400-ə yaxın körpü var.
 
Venesiyada küçə və maşın yoxdur, səkilər isə olduqca azdır. Burada su birbaşa evlərin divarlarını döyür, sakinlər nəqliyyat vasitəsi kimi qondola və motorlu qayıqlardan istifadə edirlər. 
 
Uzun əsrlərdir ki, Venesiya rəssam və şairlərin ilham mənbəyi hesab olunur. Bir çox şair və rəssamlar öz əsərlərini Venesiyaya həsr ediblər. 
 
Venesiya həm də dövrünün incəsənət tarixinin abidəsi hesab edilən saraylarla zəngindir Qədim Venesiya saraylarında çoxlu sayda qeyri-adi muzeylər yerləşir: Venesiya muzeyi, Korrer muzeyi, Peqqi Quqenheym Kolleksiyası və Akademiya Qalereyası.
 
Venesiyanın ürəyi Müqəddəs Mark meydanıdır. Venesiyanın rəmzi darvazası hesab edilən sütunlar məhz burada yerləşir. Sütunların birinin üzərində əfsanəvi şir, digərinin üzərində isə müqəddəs Teodorun abidəsi var. 
 
Qondolaları, körpüləri və adaları ilə məşhur olan Venesiya daha bir xüsusiyyəti ilə də tanınır: şüşə istehsalı. Ən bacarıqlı şüşə ustaları burada yaşayır. Şüşə istehsalının tarixi eramızdan əvvəl 200-ci ilə gedib çıxır. Venesiya şüşələri dünyada parlaqlığı, zərifliyi və şəffaflığı ilə seçilir.