Bu maraqlıdır!

Planetin anormal nöqtəsi: “Kainatın mərkəzi”

ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində "Kainatın mərkəzi" (Center of the Universe) adlandırılan bir dairə var. Bu dairənin açıqlanmayan bir akustik xüsusiyyəti var.

 

Dairənin ortasında dayanıb danışsanız, öz səsinizin exosunu eşidəcəksiniz, halbuki dairənin kənarındakılar heç bir dəyişiklik hiss etmirlər. Üstəlik səs ikiqat yüksəlir və exo verir.


İndiyə qədər heç kim bu qəribəliyi izah edə bilmir.  Dairə on üç sıra kərpic ilə döşənmiş betondan ibarətdir.