YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balaban

Azərbaycan nəfəs alətlərindən biri də balabandır. Bu alətin adı “bala” (kiçik) və “ban” (xoruz səsi) sözləri ilə bağlıdır və “kiçik, erkən ban” mənasına uyğun gəlir.

 

Balabanın əsas hissəsi (korpusu) ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Onun uzunluğu 28-30 sm olur. Alətin üst hissəsində səkkiz dəlik açılır. Korpusun baş hissəsinə qarğıdan hazırlanmış müştük taxılır. Müştüyün üzərinə keçirilmiş xamıt vasitəsilə alətin səs ucalığı nizamlanır.

 

İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı müştüyün içərisinə üfürür. Beləliklə, balaban səslənir. Ona görə də müştüyə “səs oyadıcısı” da deyirlər. Əslində, müştüyü balabandan ayırıb ayrıca da səsləndirmək olar. Lakin bu, hələ melodiya deyil. Melodiyanı səsləndirmək üçün ifaçı barmaqları ilə balabandakı dəlikləri açıb-yumur. Beləliklə, müştükdən gələn avaz müxtəlif maneələrə rast gələrək melodiyanı – musiqi səslərinin ahəngini yaradır.

 

Balabanda çox zaman aşıq havaları müşayiət olunur.