Süngər
Süngər çox sadə orqanizmdir, onlar daşların üstünə bərkiyərək yaşayır.
Qədim dövrlərdə belə hesab edirdilər ki, süngər daşın bir hissəsidir, ancaq sonra müşahidəçi naturalistlər hesab etdilər ki, onlar canlıdır və başqa heyvanlar kimi çoxala bilirlər.
Süngərin bədəni kiçik dəliklərlə-məsamələrlə örtülüdür. Bu məsamələrdən su süngərin orqanizminə daxil olur və heyvan ondan oksigen və qidalı üzvi maddələr sorur.
İnsanlar süngərləri yığıb qürurdur, yuyunan zaman hamam lifi kimi istifadə edirlər. Bundan başqa, süngərin tərkibində tibdə işlədilə bilən maddə vardır, ancaq 3-4 milliqram bu maddənin alınması üçün 2 tona qədər süngər məhv etmək lazım gələrdi, ona görə də onu lazımı miqdarda almaq mümkün deyil.