YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəniz dibindəki həyat

Suyun dərinliklərində yaşayan balıqlar yuxarıda yaşayanlardan tək xarici görünüşləri ilə fərqlənmirlər. Belə ki, dərinlikdə yaşamaqla əlaqədar onların üzmə qoruğu bağırsaqla əlaqəni itirir. Bu belə olmasaydı qaz yüksək təzyiq nəticəsində qovuqdan ifraz edilərdi və xaricə çıxardı. Ona görə də qovuq tamamilə bağırsaqdan təcrid olunub. Günəş şüalarının məhdudluğu bu balıqların quruluşunda ciddi dəyişikliklərə səbəb olub. Günəş şüalarının məhdudluğu bu balıqların quruluşunda ciddi dəyişikliklərə səbəb olub. Günəş şüaları su dibinə düşmədiyinə görə ora qaranlıqdır. Baxmayaraq ki, okean dərinliklərində yaşayan balıqlar müxtəlif qruplara aiddirlər, eyni  şəraitdə yaşamalarına görə onların hamısı ümumi qidalanma və hərəkət tərzinə malikdirlər. 


Dərin sularda yaşayan balıqların iri gözləri və ağzı olur. Burada qida az olduğu üçün belə iri ağızlar daha böyük şikarı tutmaq üçün lazımdır. İri gözlər isə tam qaranlıqda yaxşı görmək üçün vacibdir. 


Tilov balıqlarının hər iki cinsi bir-birindən fərqlənir. Tilov balığının dişisi 1 m uzunluğa və 7 kq çəkiyə malikdir, lakin erkək isə 1,2 sm uzunluqda və 14 mq ağırlıqda olur. Bu xırda varlıq dişini tapıb, iti dişlərilə onun bədənindən yapışıb. Tezliklə onun dodağı və dili tamamilə dişinin bədəninə birləşir. Bu vaxt erkəyə qida axtarmaq lazım deyil, çünki onun dişi ilə birlikdə ümumi qan-damar sistemi yaranır və qida qan axını ilə ona çatır. Qəlsəmə və cinsiyyət orqanından başqa bütün funksiyalar dayanır. 


Dərin sularda yaşayan balıqlar işıqsaçma qabiliyyətini müxtəlif cür istifadə edə bilərlər. Sayrışan işıqları görüb maraqlanan canlılar yaxınlaşdıqda ac yırtıcı tərəfindən hücuma məruz qalırlar. 


Sayrışan tilova bənzəyən balıqlar yırtıcıların üzü qarşısında durub tələ yemi kimi onları özlərinə cəlb edə bilirlər. Məhz buna görə də böyük qrupa malik bu balıqlar “tilov” adını almışlar.


Çox vaxt işıq saçma əks cinsin nümayəndəsini cəlb etməyə kömək edir. Bu, çox vacibdir, çünki qaranlıq ucsuz-bucaqsız sularda bir-birini tapmaq çox çətindir. O da düzdür ki, balıqlar bir-birini iylərinə görə də tapa bilirlər, okean suyu bu iyi uzun müddət özündə saxlayır. 


Bəzi dərinlikdə yaşayan balıqların gözləri lazımsızlıq üzündən tamamilə itmişdir. Onlar gözlərin yoxluğunu toxunma hissi (lamisə) ilə əvəz edirlər. Onlar əlavə lamisə orqanlarına (çoxsaylı bığlara, başında və bədənində fırlara) malikdirlər. 


300 m-dən çox dərinlikdə yaşayan balıqların yarıdan çoxu işıq saçma orqanına malikdirlər. Bəzilərinin xüsusi dərialtı vəzləri işıq saçır. Digərlərinin isə linzalı projektoru xatırladan xüsusi mürəkkəb quruluşlu orqanları var. Bəzi balıqların gözlərində xüsusi işıqsaçma orqanı var və gözləri içəridən zəif sayrışır.