Barmaq izləri
Toxunduğumuz bütün əşyalarda bizim barmaqlarımızın izləri qalır. Barmağımızı mürəkkəbə batırıb kağız vərəqin üstünə bassaq, barmağımızın izini görə bilərik. Hər bir insanın barmaqlarında xətlərdən ibarət naxışlar var və həmin naxışlar bütün insanlarda müxtəlifdir. Bunun sayəsində polislər barmaq izlərinə görə cinayətkarın şəxsiyyətini müəyyən edə bilirlər.
16.05.2019